Türkiyə səfiri vəfat etdi

Türkiyə səfiri vəfat etdi
Türkiyənin Beninindəki səfiri Turqut Kural infrakt keçirib.

Sfera.az "Yenicag.az"-a istinadən xəbər verir ki, səfirin həyatını xilas etmək mümkün olmayıb. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məsələ ilə bağlı "Twitter” hesabında yazıb:

"Kədərimiz çox böyükdür. Allah rəhmət eləsin. Ailəsinə başsağlığı və səbr diləyirəm”.

Qeyd edək ki, evli və iki uşaq atası olan səfir 2014-cü ildən bəri Beninin paytaxtı Kotonuda vəzifəsini icra edirdi.

OXŞAR XƏBƏRLƏR