Prezidentdən Nazirlər Kabineti haqda SƏRƏNCAM

Gündəm
12:53 / 18.04.2018
3354
Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, prezident Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərara alıb:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin”.