"Manata təzyiqlər artacaq" - İqtisadçıdan Proqnoz

Bu ilin yanvar-mart aylarında tikinti sektorunda azalma müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, tikintidə isə 11,2 faiz azalma olub. 

İlin ilk rübü üçün Azərbaycan iqtisadiyyatının ümumi mənzərəsini şərh edən iqtisadçı-ekspert Akif Nəsirli Sfera.az-a açıqlama verərək bildirib ki, cari dövrdə digər sahələrdə də azalma olub:

"Ötən ilin cari dövrü ilə müqayisədə 2018-ci ilin birinci rübündə ölkədaxilində iqtisadiyyatın bütün sahələrində azalma müşahidə edilib. Əvəzində ötən ilin eyni dövrü ilə müqayisədə idxalda 30 faiz, təxminən 500 milyon dollar həcmində artım olub. Yəni, bu qədər vəsait ölkədən çıxıb. Daxildəki itkilər xaricdən gətirilən məhsullar hesabına doldurulub. Hesab edirəm ki, qarşıdakı aylarda da bu tendensiya davam edəcək”.

A.Nəsirlinin sözlərinə görə yay mövsümündə ola bilsin ki, digər sahələrdə olduğu kimi mənzil-tikinti bazarında da canlanma müşahidə edilsin: 

"Bu isə idxalın azalmasına səbəb ola bilər. Bu amil isə milli valyutaya təzyiqlərin artmasına səbəb olur. Düzdür, hələlik, biz milli valyutanın dollar qarşısında ucuzlaşmasını müşahidə etməsək də, manatın digər valyutalar qarşısında dəyərini itirdiyini və qiymətlərin qalxdığını görə bilərik. Son 3 ay ərzində manat avro qarşısında 14-15 faiz ucuzlaşıb. Lakin neftin qiyməti bizi qane etdiyi, ölkədə kifayət qədər valyuta yığıldığı üçün manatı saxlamaq mümkün olub. Manatı saxlamaq üçün ən azı 500 milyon dollar vəsait xərclənib. 500 milyon idxal zamanı, 500 milyon isə daxili bazarı tarazlamaq üçün itiririksə, bu kifayət qədər böyük vəsaitdir. Bu il ərzində 4 milyard dollar itkidir. İl sona yaxınlaşdıqca manata təzyiqlər artacaq”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...