“Sarkisyan erməni xalqına qoyun sürüsü deyib, bizim elə baş nazirimiz yoxdur”

12:13 / 18.04.2018
2732
Serj Sarkisyanın baş nazir seçilməsi Ermənistan müxalifətinin kütləvi etiraz aksiyaları ilə müşayiət olunur. Yerevanda aprelin 13-dən başlayan mitinqlər davam etməkdədir.
Sfera.az xəbər verir ki, mitinqçilərin lideri, deputat Nikol Paşinyan maraqlı açıqlamalar verib. Bu haqda "Armenianreport” saytı yazıb.
Paşinyan erməni əsilli Kanada aktrisası Arsine Xancyanın ona ünvanlandığı açıq məktubdan danışıb. Aktrisa bir neçə il qabaq Serj Sarkisyanla görüşdüyünü və şəxsi söhbətdə prezidentin erməni xalqını qoyun sürüsünə bənzətdiyini yazıb.
Paşinyan deyir ki, bəlkə də Sarkisyan təzyiq altındadır, onu baş nazir seçilməyə Respublikaçılar partiyası vadar edib:
"Ancaq bu heç nəyi dəyişmir. Onun təəbələri yoxdur. Ermənistan vətəndaşlarının da Serj Sarkisyan adında baş naziri yoxdur".
O bildirib ki, erməni xalqının oyanışı ölkənin gələcəyini dəyişməlidir. Paşinyan artıq inqilabi komitetın yarandığını deyib.
Müxalifətin keçirdiyi mitinqin iştirakçıları bu gün Yerevanın mərkəzinə, Fransa meydanına toplaşır. Hazırda bu əraziyə təqribən xeyli etirazçı cəmləşib. Onların arasında gənclər, tələbələr də var.
Eyni zamanda "Baqramyan-26” küçəsindəki hökumət rezidensiyası etirazçılar tərəfindən mühasirəyə alınıb.
Ümumilikdə Paşinyanın bu günə planı İrəvanda nəqliyyatın hərəkətini iflic etməkdir.
İlqar