İlham Əliyev Bayraq Meydanında: Toplardan yaylım atəşi açıldı

Cəmiyyət
12:00 / 18.04.2018
2593
Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.
Sfera.az-ın məlumatına görə, fəxri qarovul dəstəsinin rəisi prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlət başçısı əsgərləri salamlayıb. Azərbaycan Respublikasının dövlət himni səslənib.
Azərbaycan prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçısının qarşısından keçib.
Sonda xatirə şəkli çəkdirilib.