Hacı Beyləqanski Quliyə qarşı ordu yığır - MOSKVADA

Hacı Beyləqanski Quliyə qarşı ordu yığır - MOSKVADA
2016-cı ildə qətlə yetirilmiş qanuni oğru Rövşən Lənkaranskinin yaxını Hacı Talıbxanov Moskvadadır.

Sfera.az "Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, kriminal aləmdə Talıbxanov Hacı Beyləqanski kimi tanınır.

Hacı bir müddət əvvəl Türkiyədə istintaq altında idi. 2013-cü ildə qanuni oğru, "Qoca” ləqəbli Əlibala Həmidovun qətlində, sonradan isə Nadir Səlifova edilən sui-qəsddə məhz onun adı hallanırdı.

Hacıya görə Quli ilə Suxumi klanının başçısı Merab Canqvelidze arasında soyuqluq yaranmışdı. Merab and içirdi ki, Hacının nə etmək istəyindən xəbəri yoxmuş. Hətta söz vermişdi ki, Hacı həbsdən çıxan kimi tutub Qulinin ayağına gətirəcək. 
 
Hacı isə azadlıqdadır.

Görünən odur ki, Nadir Səlifovla müharibəyə hazırlaşır. Ona Lənkəranskinin qohumu Zaur Əhmədov hər cürə maliyyə dəstəyi verir. Beyləqanskiyə  yaşayış yeri kimi dəbdəbəli penthaus ayrılıb. Onu şəhərdə iki zirehli avtmobil və çoxsaylı mühafizəçilər müşayiət edir. Qulinin düşmənləri Rafiq Eyvazov və Ceyhun Əskərov da onun yanındadırlar. Qulinin oğru adını almaq istədiyi Əli Heydərovun (Albert Rıjıy)  həbsdə də olsa  Beyləqanskiyə dəstək verəcəyi aşkardır.

İlqar Atabəyli

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...