Cəlilabadda yük maşını mikroavtobusla toqquşdu: 1 ölü, 3 yaralı

Hadisə
10:32 / 18.04.2018
2470
Cəlilabad rayonunda "Qazel" markalı yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.
Sfera.az "APA"ya istinadən bildirir ki, rayonun Alar kəndi ərazisində qeydə alınan qəzada həyatını itirən Masallı rayonunun Əhmədli kənd sakini, 1981-ci il təvəllüdlü Mehman Zakir oğlu Qəfərovdur. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, qəzada yaralanan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.