İşsizlərin diqqətinə – İşsizlərə veriləcək pul 7 dəfə artırıldı – AZƏRBAYCANDA

İşsizlərin diqqətinə – İşsizlərə veriləcək pul 7 dəfə artırıldı – AZƏRBAYCANDA
 Məlum olduğu kimi bu ilin yanvar ayında "İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə minib. 

Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov qanundakı bir sıra məqamları tənqid edib. O, Cebhe info-ya açıqlaması zamanı bildirib ki, ötən ilə qədər işsizlər üçün müavinətin büdcəsi 5 milyon manatdan az olsa da, müvafiq şərtlərə cavab verərək işsiz statusu alan hər kəs bu pula idda edə bilirdi. 

Yeni qanuna görə isə yalnız müəssənin ləğvi və ştatların ixtisarı nəticəsində işsiz qalan şəxslər müraciət edərsə və onlara müvafiq iş təklif olunmazsa, bu zaman onlara müavinət verilə bilər: 


"Yəni müavinət alacaq şəxslərin siyahısını çox daraldıblar. Ölkədə ixtisara düşənlərin sayı barmaqla sayılacaq qədərdir. Müqavilələri başa çatıb çıxanlar, müqaviləsiz işləyənlər var və ya sadəcə deyirlər ki, ərizəni yaz, çıx, get, amma ixtisar etmirlər. İxtisara düşənlər əmək bazarını tərk edənlərin heç bir faizi deyil”. 

Yeni qanunla işsizlik hallarından sığorta fondunun yaradıldığı xatırladan hüquq müdafiəçisi deyir ki, sığorta fondunun pulu işəgötürən və işçilərin hesabına toplanır: 

"Ortada da yaxşı pul var – 90 milyon manat. Onun da 35 milyonu işsizlərə müavinət kimi nəzərdə tutulur. Pula yalnız qanunda nəzərdə tutulan şəxslər idda edə biləcək. Yəni idda etmələri də hələ almaları anlamına gəlmir. Məşğulluq mərkəzi imtina üçün kifayət qədər əsaslara malikdir. Pul 7 dəfə artdı, idda etmək hüququ olanlar isə 20 dəfədən çox azaldı”.

Sahib Məmmədov hesab edir ki, əvvəllər olduğu kimi işsiz statusu alan hər bir şəxsin müavinətə iddia etmək hüququ olmalıdır:

"Konstitutsiyaya görə, işsizlərin dövlətdən müavinət almaq hüququ var. Fərqi yoxdur ki, o, nəyə görə işsizdir. Niyə məslən, işdə seksual qısnamaya məruz qalan şəxs öz arzusu ilə işdən gedəndə, əmək şərtlərinin dəyişməsi nəticəsində, attestasiyadan keçə bilməyəndə və digər səbəblərlə iş yerini itirəndə işsizliyə görə müavinət almasın?”

O, bildirir ki, bu qanun Konstitusiyanın 35 və 38-ci maddələrinə ziddir: 

"Əlbəttə bunu dəqiq Konstitutsiya Məhkəməsi deyə bilər. Amma ora kim müraciət edəcək? Konstitutsiya Məkkəməsinə iddia edəcək subyektlər bunu etməyəcək. Bu məsləyə tezliklə aydınlıq gətirəcəyik. Bəs, bu pulları Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə Nazirliyi neynəyəcək?”

Sahib Məmmədov QHT-ləri işsizlik hallarından sığorta fonduna toplanan vəsitin xərclənməsinə nəzarət etməyə dəvət edir: "Ölkə Prezidenti dəfələrlə ictimai nəzarətin güclənməsinin zəruriliyini qeyd edib”. /cebhe.info/

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...