Müharibə oyunçuları: İsrail və ərəb monarxlarının planları - TƏHLİL

Müharibə oyunçuları: İsrail və ərəb monarxlarının planları - TƏHLİL
Ərəb  liqası ölkələrinin sammiti fikir ayrılığını bariz üzə çıxardı - Livan, İraq və Əlcəzair Suiyaya hava hücumlarını pislədi. Səudiyyə Ərəbistanı və Qətər isə əksinə, dəstəklədi.
 
Sfera.az-ın analitik şöbəsi xəbər verir ki, Suriya krizisində hər ölkə öz oyununu oynamağa çalışır.

Krizis yeni başlayanda Səudiyyə və digər Fars körfəzi ölkələri Əsədi dəstəkləməkdən vaz keçərək hakimiyyətə alternativlər axtarmağa başladılar. Belələri monarxlardan hərtərəfli dəstək aldı. Maliyyədən tutmuş silahadək.

Ancaq müharibəyə İran və Rusiyanın qarışması planları pozdu. Monarxlardan dəstək alan qruplaşmalar faktiki olaraq məhv edildi. Bundan sonra Əsəd qüvvələri qələbə qazandıqca Səudiyyə və müttəfiqləri arasında fikirlərini dəyişib onunla danışığa getmək istəyənlər tapıldı. Ancaq onlar hələ azlıqdadır. 
Misir  Səudiyyə ilə əlaqələrinə görə manevr etmək məcburiyyətində qalır.

Livan və Əlcazair həmişə ərəb dünyasının patriotik qanadı sayılıblar. Ona görə onların hava hücumlarını pisləməsi adi qəbul olunur. Həm də Livanda "Hizbulla” təşkilatının güclü dayaqları var. Antiiran siyasəti bu ölkədə keçmir.

 Yaxın Şərqdə ən təhlükəli mövqe İsrailindir. Trampın hakimiyyətə gəlməsilə yahudi dövləti Ağ Evə təsirini artırdı. İsrail bununla regionda hərbi məqsədlərini həyata keçirmək istəyir. Yəni, başqasının əlləri ilə. Aydındır ki, regionda İsrailin başlıca rəqibi İrandır. Ancaq Tel-Əviv hazırda Tehranla başabaş konfliktə gedəcək gücdə deyil. O bunun üçün Trampı avatyuraya itələyir. Tramp Suriyadan qoşunları çıxaracağını deyir. Üstündən az keçmiş Natanyahu ondan hərbi əməliyyatı başlamağı tələb edir və nəticədə Tramp fikrini dəyişib Suriyanı bombalayır.

İsrail lobbisinin planlarını müdafiə naziri Mettis pozdu. Ancaq görünən odur ki, Təl-Əviv ABŞ-ı Suriyada İran və Rusiya ilə konfliktə çəkmək planından vaz keçməyəcək.

Analitik Şöbə
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...