Şimali Kiprdən ŞOK QƏRAR: Türk lirəsindən imtina olunur
Sfera.az bildirir ki, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Türkiyə ilə əhəmiyyətli bir bağı qırmağa hazırlaşır.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ŞKTC türk lirəsindən imtina edərək Avropa Birliyinin pul vahidi olan avroya keçəcək.Avropa Birliyinin mütəxəssisləri ŞKTC-yə gələrək kiprli səlahiyyətlilərlə birgə işə başlayacaq. Eyni zamanda ŞKTC gömrük qanunvericiliyinin Avropa Birliyi ilə uyğunlaşdırılmasına çalışır.Şimali Kiprin prezidenti Mustafa Akıncı avroya keçidi ən qısa zamanda tamamlamaq istədiyini söyləyib. O, avroya keçid prosesinin bir il ərzində başlayacağını, bu müddət ərzində türk lirəsinin qüvvədə qalacağını bildirib.Prezident avroya keçid mövzusunun texniki detallarının Türkiyə ilə də müzakiyə ediləcəyini söyləyib.