Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqləndi
Dünya
15:18 / 16.04.2018
2625
Ermənistanın hakim Respublika Partiyası və "Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasında Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, cəmi 5 dəqiqə çəkən iclasda səsvermənin zamanı da açıqlanıb.
Bu haqda Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan məlumat verib:
"S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə sabah parlamentdə keçiriləcək".
Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.