Rusiyada azərbaycanlı maşınla 16 yaşlı qızı vurdu
Cəmiyyət
20:16 / 15.10.2015
1493
Sankt-Peterburqun Kalininsk rayonunda azərbaycanlının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə ötən gün axşam Vavilovlar küçəsində qeydə alınıb.
21 yaşlı azərbaycanlı idarə etdiyi "Jiquli" markalı maşınla yolun hərəkət hissəsini nizamlanmayan piyada keçidi ilə keçən 16 yaşlı qızı vurub.
Zərərçəkən xəstəxanaya çatdırılıb, vəziyyəti orta ağırdır.(report.az)