Xadimə idi, 38 yaşında fabrik sahibi oldu

Xadimə idi, 38 yaşında fabrik sahibi oldu
Malatyada yaşayan 38 yaşındakı qadın, illər öncə xadimə olaraq işə başladığı tekstil sektorunda indi fabrik sahibəsi oldu. Qurduğu fabrik ilə sahibkar qadın bütün qadınlara örnək oldu.

Sfera.az bizplus.az-a istinadən bildirir ki, 38 yaşındakı Şehriban Şahin, imkansızlıqlar səbəbi ilə məktəbinə davam edə bilmədiyinə görə 1992-ci ildə işləməyə başladı. Bir tekstil fabrikində işə başlayan Şahin, burada təmizlik işləri başda olmaqla bir çox şöbələrdə vəzifə aldı. Xadimə olaraq işləməyə başladığı fabrikdə zamanla avadanlıqlardan istifadə etməyi öyrənən Şahin, işləmək əzmi ilə qısa zamanda tekstil sektorunda iş təcrübəsi əldə etdi.

Parça istehsalındakı bütün maşın və avadanlıqları öyrənən və sanki bir usta olan Şahinin bu uğurlarını görməzdən gəlməyən direktorları onun vəzifəsini müdürlüyə qədər qaldırdı. "Əgər bu işi edə bilirəmsə niyə öz işimin müdiri olmuram?" deyən Şahin, 2007-ci ildə artıq ixtisaslaşdığı sektorda iş yeri açmağı hədəflədi. Bir tərəfdaşı balaca bir tekstil atelyesi quran Şehriban Şahin, bir müddət belə çalışdıqdan sonra 2017-ci ildə "artıq böyümə vaxtıdır" deyərək 2 min kvadrat metr bir fabrik aldı.

"Qadın istəsə HƏRŞEYİ bacarar"

"Organize Sanayi" bölgəsində dayısı ilə birlikdə tekstil fabriki quran Şahin, indi yanında 5 şəxsə iş verməkdədir. Qısa zaman ərzində yaşadığı uğuru danışan Şahin, bir qadın olaraq tekstil sektorunda var olmanın çətin bir iş olduğunu qeyd edir.
"Amma düşünürəm ki, insanlar işləmək istəyərsə bacarmayacaqları bir şey yoxdur"

İşləməyi sevən biri olduğunu ifadə edən Şahin, əldə etdiyi uğuru isə "Qadın istəyərsə hərşeyi bacarır" cümlələri ilə tamamlayır. Hal hazırda "Organize Sanayi" 2 min kvadrat metrlik parça fabrikində 5 avadanlığının olduğunu, ancaq qısa müddət sonra müəssisəni böyütməyi hədəflədiklərini deyən Şahin, fabrikində avadanlıqların vaxtlı vaxtında təmir və baxımınını belə özünün etdiyini deyir.

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...