Nefti müzakirə eləməyə Azərbaycanı da çağırdılar
Cəmiyyət
06:31 / 15.10.2015
1517
Azərbaycan OPEK-in oktyabrın 21-də Vyanada keçiriləcək növbəti iclasına dəvət olunub.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Eulohio del Pino bildirib.
Onun sözlərinə görə, təşkilatın növbəti iclasına quruma üzv olmayan 8 ölkə dəvət olunub.
Toplantıda iştirak etmək dəvətini Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya alıb.
Venesuela OPEK-in bu iclasında yeni neft strategiyasını təqdim etməyi planlaşdırır.
Sfera.az