Azərbaycan hərbi əməliyyatların başlanmasına hazırdır
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün status-kvo dəyişilməlidir. Bunu dailykarabakh-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin analitiki Mehmet Fatih Öztarsu deyib.
Anlaitikin sözlərinə görə, həm Ermənistanın, həm də Azərbaycanın hazırlığı ilə hər an aktiv münaqişə baş verə bilər.
Xarici ekspertin fikrincə, Azərbaycanın hərbi gücü onu göstərir ki, rəsmi Bakı əməliyyatların başlanmasına hazırdır, hansı ki, sentyabr ayında hamı bunu gördü: "Digər tərəfdən Ermənistan prezidenti Serj Sarkisyan öz hakimiyyətini xilas etməyə çalışır və o, bu təşəbbüsünü 2018-ci il seçkilərinə qədər davam etdirəcək".
Mehmet Fatih Öztarsunun fikrincə, münaqişənin qızışması və ya müharibə xalqın simpatiyasını qazanmağa görə Serj Sarkisyan üçün yaxşı imkan ola bilər: "O halda Sarkisyan xalq üçün Qarabağı saxlamaqçün mübarizə aparan "qəhrəman" adlandırılacaq".
Sfera.az