Rəis əmr verib: Cərimə meydançasına aparılsın!
Cəmiyyət
03:45 / 14.10.2015
1458
Bakı polisi sürücülər üçün yeni, amma xoş olmayan 'surpriz' hazırlayıb.
Sfera.az criminal.az-a istinadən xəbər verir ki, artıq paytaxt küçələrində olan rayon qeydiyyatlı avtomobillərə qarşı sərt addım atılacaq. Bu barədə Bakı Şəhər Yol Polis İdarəsinin rəisi Nuşürəvan Səfərov xüsusi əmr verib. Rəisin əmrinə əsasən, rayon qeydiyyatlı avtomobillər dərhal cərimə meydanına aparılacaq.
Bu barədə sürücülər yol patrul xidmətinin əməkdaşları məlumat verib. Bakıda saxlanılan rayon maşınları cərimə meydanından ancaq saat 20-dən sonra çıxa biləcək.
Məsələ ilə bağlı Bakı Şəhər Yol Polis İdarəsinin mövqeyini öyrənmək mümkün olmayıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan maşınların şəhərə girişinə yasaq qoyulub. Rayon avtomobilləri Bakının girişlərində saxlanılaraq xüsusi dayacağa qoyulur, sürücülərə şəhərə ancaq ictimai nəqliyyatla gəlmək icazəsi verilir.
Sfera.az