“Suriya ABŞ-a boyun əymədi deyə qisas alırlar”

“Suriya ABŞ-a boyun əymədi deyə qisas alırlar”
"Bu dünyaya öz qüdrətini nümayiş etdirməkdir. Onlar heç bir beynəlxalq qanuna hörmət etmir. Düşünürlər ki, dünya üçün ABŞ həm hakimdir, həm prokurordur, həm də cəllad. İraqı, Əfqanıstanı işğal edəndə, Liviyaya zərbə vuranda da bu fikirdə idilər”.

Sfera.az xəbər verir ki, bu sözləri tanınmış hərbi ekspert Viktor Litovçenko deyib.


O bildirib ki, gecə zərbələrindən sonra Suriyadakı terror qruplaşmaları aktivləşəcək:


"Terrora qarşı mübarizə aparan ölkə bombalanırsa, terrorçulara ruh verilir. Hakimiyyəti dəyişmək üçün ABŞ İŞİD-dən istifadə edirdi, alınmadı. İndi bu ölkənin suveren qalmasına görə qisas alırlar. Suriya baş əymədi deyə bombaladılar”.

 

İlqar


OXŞAR XƏBƏRLƏR