ABŞ Suriyaya yeni zərbələr endirəcək?

21:42 / 14.04.2018
3857
ABŞ Silahlı Qüvvələri Suriyaya yeni zərbələr
endirə bilər.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.
O bildirib ki, əvvəlki zərbələr Suriyanın kimyəvi silah
istehsalı proqramına ciddi ziyan vurub:
"Suriya rejimi səbrimizi sınamağa
davam edərsə, biz təzyiqi davam etdirəcəyik”.
Nikki Heyli qeyd edib ki, ABŞ ordusu Suriyada kimyəvi silahdan istifadə halları təkrarlanarsa, dərhal cavab veriləcək.
Lalə Nəsirova
Sfera.az