Xətaidə yanğın: 3 nəfər təxliyə olundu

Hadisə
20:27 / 14.04.2018
3533
Bakı şəhərində yanğın olub.
Sfera.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxtın Xətai rayonunda ümumi sahəsi 48 m² olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları, ev əşyaları 12 m² sahədə yanıb.Yüksək temperaturdan dəhlizin və mətbəxin lambirdən ibarət tavanı 14 m² sahədə əriyib. Yanğın zamanı yuxarı mərtəbədən ikisi azyaşlı olmaqla 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunublar.