Azərbaycan ABŞ və Rusiya ilə bir yerdə

Azərbaycan ABŞ və Rusiya ilə bir yerdə
Azərbaycan ABŞ və Rusiya ilə bir yerdəÖlkəmizin adı dünyanın ən nüfuzlu ölkələrinin adından heç də geri qalmır."Finance Brand" şirkətinin reytinqindəAzərbaycanın da adı var.ANS PRESS-in məlumatına görə, Azərbaycan "Finance Brand" şirkətinin reytinqində ölkə markasının dəyəri üzrə 41 milyard dollarla 71-ci yeri tutur.Birinci yerdə isə ABŞ yerləşir. Onun markası 19.7 trilyon qiymətləndirilib. Bu dəyər ölkəyə onun müxtəlif göstəricilərinə görə, əsas da ÜDM-ə (ümumi daxili məhsul) daxil olan gəlirlər, investisiyası və biznes iqliminə görə verilib.Reytinqin ikinci yerində Çin durur. Onun markası 6,31 trilyon dollarla qiymətləndirilib. Keçən il isə, Çinin markası 6,35 trilyon dollarlar təşkil edib, bu isə o deməkdir ki, ötən ilə nisbətdə bu il Çin bir faiz dəyərini itirib.Ümumiyyətlə, ilk beşliyi təşkil edən ölkələrdən daha üçü isə bunlar olub: Almaniya (4,17 trilyon dollar),Böyük Britaniya (3,01 trilyon dollar) və Yaponiya (2,54 trilyon dollar).Rusiya isə siyahıda ötən ilə nisbətən 31 faiz dəyərini itirərək, 810 milyardla reytinqin 18-ci yerini bölüşüb.Qazaxıstan isə bu dəfə daha ön sıralara keçib. Belə ki, bu ölkənin markası 175 milyardla qiymətləndirilərək, 45-ci yerdə yerləşdirilib.Türkiyə bu il də öz reytinqini saxladı, ölkənin markası 668 milyardda qiymətləndirilib. Ölkə 19-cu yerdədir.Reytinqlə Gürcüstan 12 milyardla 93-cü sıranı zəbt edib.


Ölkələrin "Finance Brand" şirkətinin reytinqində dəyərləndirilməsi

OXŞAR XƏBƏRLƏR