“Beşiktaş” liderliyə yüksəldi

“Beşiktaş”  liderliyə yüksəldi
Aprelin 13-də futbol üzrə Türkiyə Super Liqasının XXIX turunda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Beşiktaş” komandası səfərdə "Akhisar” ilə qarşılaşıb.
 

Sfera.az  xəbər verir ki, son çempion "Beşiktaş” rəqibini böyük hesabla məğlub edib - 3:0. Oyunun 3-cü və 48-ci dəqiqələrində Rayan Babel dubla imza atıb. Görüşün 20-ci dəqiqəsində isə komandanın ispaniyalı hücumçusu Alvaro Neqredo fərqlənib.

Bu qələbədən sonra xallarının sayını 59-a çatdıran "Beşiktaş” çempionatda "Qalatasaray” və "Başakşehir”i qabaqlayaraq lider olub.
Tur çərçivəsində aprelin 14-də "Kasimpaşa”- "Karabükspor”, "Yeni Malatyaspor” – "Alanyaspor” və "Sivasspor”-"Fənərbağça” matçları keçiriləcək. XXIX turun ən maraqlı qarşılaşması isə aprelin 15-də çempionluğa əsas namizədlər olan "Qalatasaray” və "Başakşəhər” klubları arasında oynanılacaq.
 

Hazırda hesabında 59 xal olan "Beşiktaş” çempionatın vahid lideridir. Eyni xala malik olan "Başakşehir” ikinci yerdə qərarlaşıb. "Qalatasaray” 57 xalla üçüncü, "Fənərbağça” 54 xalla dördüncü, "Trabzonspor” isə 45 xalla beşinci pilləni tutur.
 

OXŞAR XƏBƏRLƏR