Xaçmaz sakini bıçaqlanıb

21:07 / 13.04.2018
5086
Xaçmazda bıçaqlanma faktı qeydə alınıb.
Sfera.az APA-dan aldığı məlumata görə, hadisə rayonun Qusarçay kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Qədirov Rəsul Tofiq oğlu bıçaqlanıb.
O Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunur.