DİM rezidenturaya qəbulun statistikasını açıqladı

DİM rezidenturaya qəbulun statistikasını açıqladı
 Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında statistik məlumatları açıqlayıb.

DİM-dən Sfera.az-a verilən məlumata görə, DİM aprelin 1-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbulun baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanını keçirib.

İmtahanda iştirak etmək üçün ərizə vermiş 1092 namizəddən 17 nəfəri imtahana gəlməyib, 1 namizəd isə imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub. İmtahanda 605 namizəd (ATU-nun hərbi tibb fakültəsinə sənəd verənlər istisna olmaqla) müsabiqə şərtini ödəyib (40 və daha çox bal toplamış) və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ qazanıb. Ən yüksək nəticə (toplanılması mümkün olan 100 baldan) müalicə işi, pediatriya istiqaməti üzrə 84 bal, stomatologiya istiqaməti üzrə 73 bal, tibbi profilaktika istiqaməti üzrə 75 bal olub.

Namizədlərə baza fənləri – insan anatomiyası, histologiya, insan fiziologiyası, patologiya (patoloji anatomiya, patoloji fiziologiya), mikrobiologiya, farmakologiya və biokimya – üzrə 100 test tapşırığı təqdim olunub. İmtahanda istifadə olunan 100 (yüz) test tapşırığından 10-u (İnsan fiziologiyası fənni və Patologiya bloku üzrə) açıq formalı (hər blok üzrə ayrılıqda 2-si uyğunluğun müəyyən edilməsini tələb edən, 3-ü isə seçim tipli) olub. Namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilib, səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərməyib.

2017-ci illə müqayisədə 2018-ci ildə müalicə işi, pediatriya və stomatologiya istiqamətləri üzrə müsabiqə şərtini ödəyən (40 və daha çox bal toplamış) namizədlərin sayı azalıb, tibbi profilaktika istiqaməti üzrə isə artıb.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının II mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) Bakı və Naxçıvan şəhərlərində iyulun 8-də keçiriləcək. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün namizədlər iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər.

OXŞAR XƏBƏRLƏR

Yevlaxda qəza: Minik avtomobili yük maşınına çırpıldı

Yevlaxda minik avtomobili yük maşınına çırpılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə az öncə Qazax-Bakı magistralının rayonun...

Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb... -VİDEO

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib. Şəhər sakini atı maşının arxasına bağlayaraq avtomobil yoluna çıxıb.   Sfera.az xəbər ve...

“Qarabağ” dünya reytinqində 10 pillə irəlilədi

"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.   Sfer...

Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib

Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı keçirilib.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.  ...

Bu ölkədə 6.2 bal gücündə zəlzələ baş verdi

İndoneziyanın Aceh əyaləti yaxınlığında 45 kilometr dərinlikdə 6,2 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə İndoneziy...

DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb

May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində,&nb...