Polis bülletenlərə “Diktator” yazanları tapdı

Polis bülletenlərə “Diktator” yazanları tapdı
Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.

Sfera.az azxeber.com-a istinadən xəbər verir ki, seçkilərdə MSK tərəfindən 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb və onların adları bülletenlərə daxil edilmişdi. Seçki günü ölkə üzrə qeydə alınmış seçicilərin təxminən dörddə üçü, yəni 74,3 faizi məntəqələrə gələrək istədiyi namizədə səs verdi. Əvvəldən proqnozlaşdırıldığı kimi, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti – 86,03 faizi hazırkı dövlət başçısı İlham Əliyevi dəstəklədi.

İstər yerli, istərsə də xarici müşahidəçilərin rəyinə görə, seçkilər mütəşəkkil şəkildə, seçicilərin yüksək fəallığı şəraitində baş tutdu. Amma həmişə olduğu kimi, bu dəfə də prosesə kölgə salmaq istəyən, seçkilərin şəffaflığını şübhə altına almağa cəhd edən qüvvələr də tapıldı. Marginallaşmış müxalifətə, radikal dindar qruplara və xaricdəki antimilli ünsürlərə bağlı olan bəzi şəxslər aldıqları təlimata uyğun olaraq, bülletenləri korlamaqdan da çəkinmədilər. Onlar namizədlərdən hansısa birinə səs vermək əvəzinə, aldıqları bülletenin üzərinə "Diktator” sözü yazaraq qutuya atdılar.
 
Hüquq mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, məntəqələrdə quraşdırılmış müşahidə kameraları vasitəsilə həmin şəxslərin kimliyi müəyyənləşib. Bəziləri artıq polis bölmələrinə çağırılıb, digərləri haqqında isə ən yaxın zamanlarda tədbir görüləcəkdir.
 
Məlumatı verən mənbə onu da qeyd etdi ki, dünəndən başlayaraq Milli Şura və Müsavatın aprelin 14-nə təyin etdiyi mitinqin təşkilatçı və fəallarından bir çoxu polis bölmələrinə çağırılıb. Bu gün, sabah və mitinqdən sonra onlar haqqında inzibati cəza tədbirlərinin görülməsi planlaşdırılır. Eyni zamanda, "Məhsul” stadionunda quraşdırılmış üztanıma kameraları vasitəsilə mitinq iştirakçılarının şəxsiyyəti müəyyənləşdiriləcək, istər büdcə təşkilatlarında, istərsə də özəl qurumlarda çalışanların həm özləri, həm də yaxınları işdən azad ediləcəklər. Ali məktəblərin rəhbərlərinə də aksiyaya gedən tələbələr barədə müvafiq tədbirlərin görülməsi tapşırılıb.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...