İşdən çıxarılan FBİ direktoru Tramp haqda kitab yazdı: "Mafiya atasıdır, fahişələrlə görüşür, Moskvadakı oteldə..."

İşdən çıxarılan FBİ direktoru Tramp haqda kitab yazdı:
ABŞ prezidenti Donald Trampın işdən çıxardığı Federal Araşdırmalar Bürosunun (FBİ) direktoru onun  haqda maraqlı iddiaları özündə əks etdirən kitab yazıb.
 
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Trampı bir mafiya atası kimi təqdim edən FBİ-nin kemiş direktoru Ceyms Komeyin qələmə aldığı və növbəti həftədə artıq satışa buraxılacaq olan kitab ABŞ-ın gündəminə damğa vurub. Kitabda həmçinin, Trampın Moskvada  olarkən, 2013-cü ildə bir qrup fahişə ilə münasibətdə olması haqda yazılıb. 

Komey bildirib ki, ABŞ-ın hazırkı prezidenti israrla onun haqqında yazılan faktları inkar edir. O,  Komeyin özünə də "Səncə mən fahişələrin xidmətinə ehtiyac görən biriyəm?", - deyə bildirib.

 Kitabın müəllifinin Tramp haqqında iddialar bunlarla bitmir.

"Moskvadakı otellərdən birində o fahişələrin bir-birlərinin üzərinə idrar buraxmasını böyük zövqlə müşahidə edib”, deyə kitabda qeyd edilib.

Qeyd edək ki, Komey Rusiyanın ABŞ-a müdaxiləsi və sabiq milli təhlükəsizlik müşaviri Mişel Flayna yönəlik araşdırmalar apararkən vəzifəsindən uzaqlaşdırılıb. 304 səhifəlik bu kitab isə Komey vəzifədən uzaqlaşdırıldıqdan 11 ay sonra nəşr olunub. 


Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR