Narkomafiya başçısına 43 il həbs cəzası

Narkomafiya başçısına 43 il həbs cəzası
Dallas şəhər məhkəməsi Meksikanın La Minsa ləqəbi ilə tanınan "La Famina” narkokartelinin başçısı Arnoldo Rueda Medinanı 43 il müddətinə həbs cəzasına məhkum edib.

Sfera.az "Ria Novosti”yə istinadən xəbər verir ki, hakim Ed Kinkeyd La Minsanı həmçinin 5 milyon dollar məbləğində cərimə edib.

Medina 2009-cu ildə Meksikada saxlanılıb, 2010-cu ildə isə ABŞ-da ona ittiham təqdim olunub. Onun həbs edilməsinə cavab olaraq Meksika narkomafiyası 12 polis əməkdaşını qətlə yetirib.

2017-ci ildə Arnoldo Rueda Medina ABŞ-a ekstradisiya olunub.Burada o bir neçə maddə üzrə ittihamları qəbul edib.

Əvvəl xəbər verilirdi ki, Medina ömürlük həbs cəzası alacaq və 10 milyon dollar cərmə olunacaq.

Mafiya başçısı Texasa yüzlərlə kiloqram amfetamin narkotki keçirməkdə ittiham olunur.

İlqar


OXŞAR XƏBƏRLƏR