Hökumət araşdırmaya başladı - 30 min iş yeri niyə bağlanıb?
Cəmiyyət
03:21 / 14.10.2015
1444
2015-ci ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev ölkədə bu müddət ərzində 67 min iş yerinin açıldığını, onun 30 mininin bağlandığını qeyd edib.
Ölkə başçısı bildirib ki, həmin iş yerlərinin nə səbəbdən bağlandığı araşdırılmalıdır. Sfera.az xəbər verir ki, bağlanan iş yerləri ilə bağlı modern.az saytına açıqlama verən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, prezident tapşırıq verib və məsələ ciddi araşdırılır:
“Bununla bağlı tapşırıq verilib, araşdırma gedir. Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi birlikdə araşdırma aparır”