MOSSAD-ın keçmiş rəhbəri: "İsrail ilə Rusiya arasında müharibə qapıdadır"

12:13 / 13.04.2018
2673
İsrailin kəşfiyyat xidməti olan MOSSAD-ın keçmiş rəhbəri Efraim Halevi İsrail ilə Rusiya arasında müharibə ola biləcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, "Kanal 10"-a danışan Halevi iki ölkə arasındakı gərginliyin son günlərdə artdığını və bunun heç də göz ardı edilə biləcək bir vəziyyət olmadığını deyib.
O, müharibənin qapıda olduğunu iddia edib:
"Bu müharibə ölkənin şimalında (Suriyada) yerləşən və özünü möhkəmlədən böyük bir ölkə ilə olacaq. Rusiya ilə müharibə etməli olacağıq. İsrail qüvvələri Rusiya ordusu ilə üz-üzə gələ bilər. Biz bu "super güc"lə mübarizə aparmağın başqa yollarını tapmalıyıq. Ancaq müharibə çıxarsa, qalib ayrılan tərəf biz olmalıyıq".
Lalə Nəsirova
Sfera.az