Bərdədə fəhlə daşıyan mikroavtobus yandı: yaralılar var

Hadisə
21:25 / 12.04.2018
5599
Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib.
Məlumata görə, 66-ZC-806 dövlət nömrə nişanlı "Mercedes” markalı mikroavtobusda hərəkət zamanı yanğın baş verib.
Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.