Ramil Usubov Zakir Fərəcovla birgə yeni rəisi təqdim etdi
Cəmiyyət
01:12 / 16.10.2015
1277
Bu gün Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş xidməti yaşayış kompleksinin açılış mərasimi keçirilib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Nazir yeni binada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub Daha sonra R.Usubov Sumqayıt Şəhər Polis İdarəsinə gələrək yeni təyin olunmuş rəisi təqdim edib. Hər iki mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib.