Həbsxanaya silahlı hücum: 20 nəfər öldü

Dünya
18:25 / 12.04.2018
3850
Braziliyanın Para ştatında yerləşən Balen şəhərindəki həbsxanaya silahlı hücum olub.
Sfera.az "Ria-Novosti”yə istinadən xəbər verir ki, dünən günorta saatlarında Santa Izabel həbsxanasının divarları naməlum şəxslər tərəfindən partladılıb. Silahlı şəxslər dağılmış ərazidən həbsxanaya daxil olaraq məhbusları azad etməyə cəhd ediblər.
Atışmada 28 nəfərin öldüyü məlumdur. Onlardan biri həbsxana nəzarətçisi, 5-i məhbus, qalanları hücum edən şəxslərdəndir.
Şahidlər bildirir ki, həbsxana uğrunda döyüş gedir. Hələlik bilinmir ki, cinayətkarlar istədiklərinə çatıblar, kimisə azad edə biliblər ya yox.
Həbxanada 3400-dən çox məhbus olduğu bildirilir.
İlqar