Deputat qətlə yetirildi

Deputat qətlə yetirildi
Meksika narkobaronları növbəti hay-küylü qətlə imza atıb.

Sfera.az xəbər verir ki, bu haqda "Europa Press” portalı məlumat yayıb.

Dünən Miçoakan şatatında "Yaşıllar” partiyasından olan deputat xanımın meyiti tapılıb.

26 yaşlı Maribel Barakas üstündə zorakılıq əlamətləri aşkarlanıb. Bu baradə ətraflı məlumat tibbi ekspertizadan sonra veiləcək.

Xəbər verilir ki, prezident və bələdiyyə seçkiləri ərəfəsində ölkədə zorakııq görünməmiş həddə çatıb.

2017-ci ilin sentyabrından hər 4 gündən bir respublikada bir ictimai xadim qətlə yetirilib.

Seçkilər 2018-ci il, 1 iyulda baş tutacaq.

OXŞAR XƏBƏRLƏR