Faşist döyməli "zek"ə hökm oxundu - FOTO

Faşist döyməli
Bakı sakininə bıçaq çəkərək telefonunu alan şəxsə hökm oxunub. O, daha əvvəl də 3 dəfə məhkumluq həyatı yaşayıb.

Sfera.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən 2000-ci il təvəllüdlü Seymur Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. O, 18 yaşını həbsxanada tamamlayıb.

Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror S.Osmanovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

S.Osmanov son sözündə əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını söyləyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən S.Osmanov müddətinə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun daha əvvəlki cinayət əməllərinə görə aldığı cəzalar da toplanaraq üzərində qəti olaraq 4 il azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Qeyd edək ki, paytaxt sakini Ülvi Cuvarlı Akademik Həsən Əliyev küçəsi ilə hərəkətdə olan zaman naməlum şəxs onun qarşısını kəsərək bıçaqla hədələyib və mobil telefonunu əlindən alıb.

Zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verib.

Cinayəti törədən əvvəllər də məhkumluq həyatı yaşayan Seymur Osmanov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinə təhvil verilib.
Onun quldurluq yolu ilə etdiyi mobil telefon və hadisə zamanı istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb.

Seymur Osmanov ifadəsində deyib ki, zərərçəkmişi binanın həyətinə çəkib və dalaşıb: "Üstündəki pulu çıxartdı. Dedim ki, pul qalsın, telefonu çıxart. Elə oradan da mühafizə keçəndə başladı qışqırmağa. Qaçdım oradan. Bıçağı da blokda gizlətdim. Gəlib 5-ci mərtəbədə tutdular”.

Seymur Osmanov Cinayət Məcəlləsinin 181.2.5-ci) quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törəldildikdə) maddəsi ilə ittiham edilib.

18 yaşlı S.Osmanov bədəninin müxtəlif nahiyyələrində döymələrıə də diqqət çəkib. Onun əlində isə "faşist döyməsi" var. S.Osmanov "Zek" ləqəbi ilə də tanınırmış.(Musavat.com)



OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...