Böyük Britaniya hücuma hazırlaşır: Sualtı gəmilər döyüş vəziyyətinə gətirildi

Böyük Britaniya hücuma hazırlaşır: Sualtı gəmilər döyüş vəziyyətinə gətirildi
Böyük Britaniyanın müharibəyə hazırlaşdığı deyilir. 

Sfera.az xəbər verir ki, artıq bir neçə nüfuzlu media orqanı bu barədə xəbərlər yayımlayıb. 

Belə ki, "BBC"'  Böyük Britaniyanın baş naziri Tereza Meyin Suriyaya hərbi müdaxilə etməyə hazırlaşdığını yazıb. Xəbərdə deyilir ki, baş nazir bu müdaxilə üçün parlamentin razılığını almayacaq. 

"Daily Telegraph" isə ölkənin sualtı gəmilərinin Suriyanı vurmaq üzrə döyüş vəziyyətinə gətirildiyini yazıb. Qəzet hücumun bu gün baş tutacağını iddia edib.
 
Lalə Nəsirova

OXŞAR XƏBƏRLƏR