Neft bahalaşır: İqtisadiyyatımıza necə təsir edəcək? - İqtisadçıdan PROQNOZ

Neft bahalaşır: İqtisadiyyatımıza necə təsir edəcək? - İqtisadçıdan PROQNOZ
"Hazırda neftin qiyməti 72 dollar 15 sentdir. Neftin qiyməti hər dəqiqə dayanmadan dəyişir. Azərbaycan Neft Fondunun İcraçı direktorunun dediyi kimi neftin birinci rübdə proqnoz göstəricilərindən (yəni, orta ixrac qiyməti 45 dollardan yüksək) yüksək həddə olması nəticəsində ölkəyə proqnoz göstəricilərindən əlavə 2 milyard dollardan çox vəsait daxil olub. Birinci rübdə neftin orta qiyməti 67 dollar olub”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında neft məsələləri üzrə ekspert İlham Şaban deyib.
 
Neftin qiymətinin qalxmasının yerli valyutaya təsirindən danışan İ.Şaban bildirib ki, Azərbaycanda vəziyyət Rusiya, Türkiyə və İrandan fərqlidir:
 
"Yəni, neftin qiyməti qalxdıqda, Rusiyada rublun kursu dəyişir və daha da möhkəmlənir. Yaxud da əksini müşahidə edirik. Azərbaycanda isə vəziyyət başqadır. Bizdə bazar iqtisadiyyatının elementləri rol oynamır. Azərbaycanda manat əsasən dövlətin tənzimlənməsindədir. Mərkəzi Bankın ehtiyatlarının möhkəmləndirilməsi,  AMB vasitəsilə özəl banklara satışların tənzimlənməsi də maliyyə bazarının nəzarətdə olduğunu göstərir. Maliyyə bazarlarının nəzarətdə olması xarici bazarlara ixrac etdiyimiz neft əmtəəsinin qiymətinin hansı səviyyədə olmasından heç də asılı deyil”. 

Onun sözlərinə görə, neftin qiymətinin artması isə əsasən bu üç amildən asılı olub:

"Neftin qiymətinin artması 3 amildən qaynaqlanır. Birinci amil Yaxın Şərqdə baş verən hadisələrdir. Orada siyasi vəziyyət daha da gərginləşir. Yeni hərbi toqquşmanın olması gözlənilir. Digər amil aprelin 20-sində "OPEC+” ilə əlaqədar olaraq ölkələrin görüşüdür. Burada neft hasilatının azaldılması ilə bağlı qərarın 2019-cu ildə də uzadılması haqda fikir mübadiləsi aparılacaq. Digər amil isə mayda İrana qarşı ABŞ-ın yeni sanksiyalarının gözlənməsidir. Bu səbəbdən neftin qiyməti birdən-birə 63 dollardan yuxarı qalxıb”. 

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...