Milyarderin 15 yaşlı qızı prezidentin nəvəsi ilə lüks yaxtada – FOTOLAR
20:04 / 11.04.2018
7787
Rusiyanın məşhur milyarderi, "Rusala”nın rəhbəri Oleq
Deripaskanın qızı 15 yaşlı Mariya
Deripaska dünyanın ən bahalı kurortlarında dincəlməyə üstünlük verir.
Sfera.az Yenicag.az-a istinadən bildirir ki, bu dəfə o, qohumu, sabiq Rusiya prezidenti Yeltsinin nəvəsi ilə birlikdə görüntülənib.
Oleq Deripaska övladları – 17 yaşlı Pyotr və 15 yaşlı Mariyanı əsasən ictimaiyyətin diqqətindən gizlədir. Lakin bu dəfə onlar medianın fokusundan yayına bilməyiblər.
Sen-Barta sahillərində prezidentin nəvəsi ilə görüntülənən Rusiya oliqarxının qızının yeni şəkillərini "SUPER” nəşri dərc edib.