Neft 73 dollara yaxınlaşır

Neft 73 dollara yaxınlaşır
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) 2018-ci ilin Aprel ayı hesabatına görə, Brent tipli xam neftin orta hesabla barrel qiymətinin bu il və gələn il 63 dollar səviyyəsində olacağı gözlənilir.

 

Sfera.az bildirir ki, Qərbi Texas (WTI) növü xam neftin orta hesabla qiymətinin bu il və gələn il 59 dollar səviyyəsində olacağı proqnozlaşdırılır.


 

 

Beləliklə, EIA, hər iki neft növ üçün orta hesabla barel qiymətini, mart ayındakı proqnozlarına nisbətən 1 dollar artırıb.


 

Hesabatda, qiymət proqnozlarının artırılması ilə əlaqədar olaraq, ABŞ və dünya üzrə neft ehtiyatlarının düşməyə davam etdiyi və keçən ay qlobal neft hasilatında baş verən azalmanın qiymətlər üzərində yuxarı istiqamətli təzyiq yaratdığı qeyd olunub.


 

 

Venesueladakı iqtisadi və siyasi qeyri-sabitliyin ölkənin xam neft istehsalına mənfi təsir etdiyinə işarə edilən hesabatda, həmçinin ABŞ-ın, İrana yenidən sanksiya tətbiq etməsinin də İranın neft hasilatı və ixracına mənfi təsir göstərəcəyi vurğulanıb.


 

 

EIA, ABŞ-ın 2018-də neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel səviyyəsində olacağını gözləyir. Gələn ilə dair xam neft istehsal proqnozu isə gündəlik orta hesabla 100 min barel atrırılaraq 11,4 milyon barel olaraq müəyyən edilib.


 

 

 

Qeyd edək ki, bu gen Brent neftinin qiyməti 2,5% qalxraq 72,50 dolları keçib (Bakı vaxtı ilə saat 19:00-a olan məlumat).(marja.az)


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...