Azərbaycanda bu il iqtisadi artım 1,7% olacaq – HESABAT

Azərbaycanda bu il iqtisadi artım 1,7% olacaq – HESABAT

 

 

"2018-ci ildə Azərbaycanda iqtisadi artım 1,7%-ə, 2019-cu ildə isə 2%-ə yüksələcək”.


 

Sfera.az "APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) "Asiya İnkişaf Proqnozu 2018” adlı hesabatında qeyd olunub.

 

Hesabat müəllifləri qeyd edir ki, proqnozlara əsasən, 2018-2019-cu illərdə Azərbaycanda inflyasiya müvafiq olaraq 7% və 8% təşkil edəcək.


 

"Yüksək neft qiymətləri, xidmətlər və kənd təsərrüfatından əldə olunan gəlirlər sayəsində 2017-ci ildə Azərbaycanda iqtisadi vəziyyət sabitləşib. Bununla yanaşı, tədiyyə balansında da profisit qeydə alınıb. Neft qiymətlərinin növbəti dəfə aşağı düşəcəyi təqdirdə 2018-ci ildə sənaye istehsalının 0,5% azalacağı proqnozlaşdırılır. Buna baxmayaraq, ilin ikinci yarısında "Şahdəniz-2” layihəsinin istismara verilməsi ilə qaz hasilatının 3% artacağı gözlənilir. Dövlət investisiyalarının, infrastruktur və mənzil tikintisinin artması nəticəsində 2018-ci ildə tikinti sektoru 6%, 2019-cu ildə isə 3% böyüyəcək. Eyni zamanda, yüksək gəlirlər və milli valyutanın sabitliyi həm 2018, həm də 2019-cu ildə fərdi istehlak həcminin artmasına səbəb olacaq. Qaz hasilatının artması 2019-cu ildə xalis ixracı da genişləndirəcək”.


 

AİB "Şahdəniz-2” layihəsinin istifadəyə verilməsi, neft qiymətlərinin 60 dollardan yuxarı olması səbəbindən tədiyyə balansının profisitinin 2018-ci ildə ÜDM-in 6,9%-nə, 2019-cu ildə isə 6,2%-nə bərabər olacağını proqnozlaşdırır. "İdxal əməliyyatlarının bu il 6% azalacağı, ixracın isə 13% artacağı gözlənilir”, - deyə hesabatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...