Saat 17.00-a olan seçici fəallığı AÇIQLANDI

Gündəm
17:54 / 11.04.2018
1823
Bu
gün Azərbaycanda keçirilən prezident seçkilərində saat 17:00-dək olan seçici fəallığı
açıqlanıb.
Sfera.azxəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17:00-a qədər 3 716 135 nəfər səs verib.
Onun sözlərinə görə, seçkidə 69,93 faiz seçici səs verib.
Qeyd edək ki, seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfər təşkil edir.
Orxan Bəşirov