MSK: "Hər hansı məntəqədə qanun pozuntusu qeydə alınmayıb"

17:33 / 11.04.2018
1995
"Bu dəqiqəyədək Mərkəzi Seçki Komissiyasına heç bir müraciət
daxil olmayıb. Hər şey çox gözəl və şəffaf həyata keçir. Hər hansı bir məntəqədə
qanun pozuntusu qeydə alınmayıb. Yalnız bizim 115 saylı qaynar xətlərimizə və
elektron ünvanlarımıza 100-ə yaxın müəyyən müraciət daxil olub”.
Bu sözləri Sfera.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Şahin Əsədli deyib.
Onun sözlərinə görə, daxil olan müraciətlər sorğu xarakterli olub: "Bu müraciətlər seçici adı, seçki ünvanı ilə əlaqədar olub”.