Seçicilərin 60 faizdən çoxu səs verdi

Gündəm
15:40 / 11.04.2018
1593
Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində saat 15:00-dək olan seçici fəallığı açıqlanıb.
Sfera.azxəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-a qədər 3 227 817 nəfər səs verib.
Onun sözlərinə görə, seçkidə 60,74 faiz seçici səs verib.
Qeyd edək ki, seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfər təşkil edir.
Orxan Bəşirov