MSK saat 12:00-yə olan nəticələri AÇIQLADI

Gündəm
13:24 / 11.04.2018
1930
Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.
Sfera.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12:00-a qədər 209 33 43 nəfər səs verib.
Onun sözlərinə görə, seçkidə 39,39 faiz seçici səs verib.
Qeyd edək ki, seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfər təşkil edir.
Orxan Bəşirov