ABŞ və Rusiya Suriyada biri-birilərini bu silahlarla vuracaq - SİYAHI

ABŞ və Rusiya Suriyada biri-birilərini bu silahlarla vuracaq - SİYAHI
Hərbi   ekspertlər  Suriyada Rusiya və ABŞ-ın biri-birilərini hansı silahla vura biləcəklərini  ehtimal ediblər.
 

Sfera.az xəbər verir ki, bu haqda  "The National Interest” jurnalı yazıb.
 

Müəllif qeyd edib ki, ABŞ  hədəfləri vurmaq üçün "Tomaqavk” və "AGM-86B” qanadlı raketlərindən istifadə edəcək.
 

Hava hücumlarında "B-2 Spirit”bombardmançısı  və "F-22 Raptor” qəırıcı təyyarələri iştirak edəcək.
 

Amerikalılar düşünür ki, rusların "S-300” və "S-400” raket kompleksləri  onların silahlarının qarşısını ala bilməz.


Ruslar isə bu silahlara  "Х-101” qanadlı raketləri, "Kalibr” raketi ilə cavab verəcək.
 

"Tu-95” və "Tu-160” bombardmaçıları da rus hərbçilərin ixtiyarındadır.
 

Jurnal yazır ki, əgər müttəfiqlər Rusiya bazalarını vursalar ruslar ABŞ bazalarını nəinki Yaxın Şərqdə, hətta Avropada da bombalamağa qadirdir. 
 

İlqar


 

OXŞAR XƏBƏRLƏR