Britaniya parlamentinin üzvü: Azərbacanda seçki prosesi çox yaxşı təşkil olunub

Gündəm
11:11 / 11.04.2018
2793
Azərbaycanda prezident seçkiləri prosesi çox yaxşı təşkil olunub.
O bildirib ki, rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda artıq 2 seçki məntəqəsində olub:
"Seçki prosesinin yaxşı təşkil olunduğunu görürük. Bundan sonra hansı məntəqələrə baş çəkəcəyimizi hələ bilmirik. Çalışacağaq ki, yalnız Bakı ilə kifayətlənməyək. Mən 2016-cı ildə Azərbaycanda referendumu müşahidə etmişəm. Həmin vaxt 8-10 məntəqədə olmuşduq və düşünürəm ki, bu dəfə də belə olacaq".
"İnsanlar seçkilərdə fəal iştirak edirlər. Hər şey yüksək səviyyədə təşkil olunub. Ümid edirəm ki, günün axırınadək hər şey belə davam edəcək".
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.
Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.