Nazirlikdən jurnalistin döyülməsi iddiasına REAKSİYA: "Guya zəng edib bildirmişik ki..."

Nazirlikdən jurnalistin döyülməsi iddiasına REAKSİYA:
Xəbər verdiyimiz kimi səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasiminə qatılan jurnalist Famil Fərhadoğlu döyüldüyünü iddia edib. Artıq bu məsələ ilə bağlı olaraq aidiyyəti üzrə şikayətlər də edilib. 

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əliyeva tərəfindən məsələyə aydınlıq gətirildi: 

"Orada elə bir hadisə baş verməyib. Tabut mənzildən çıxarılarkən mən də orada idim. Abbas Vəlibəyovun tabutu mənzilindən endirilərkən Famil lap yaxından çəkiliş etməyə başladı. Yaxınları da buna etiraz etdi. Mən də dedim ki, Famil çəkmə. O da telefonunu cibinə qoyub çəkilişi dayandırdı. Sonradan qəbristanlığa gedərək oradan da çəkiliş edib. Bu hərəkət nə dərəcədə etik qaydalara uyğundur? Dəfn zamanı ölü sahibinin qohumları ilə Famil arasında mübahisə yaranıb. Bu qohumlarla jurnalist arasında yaranan məsələdir, nazirlik və rəhbərliyinin bu məsələyə heç bir aidiyyəti yoxdur. Bu hadisədə Səhiyyə Nazirliyinin adı niyə hallanır?”.

Nazirlikdən yayılan xəbərin sildirilməsi ilə bağlı olaraq səslənən fikrə də münasibət bildirilib: 

"Famil deyir ki, guya zəng edib bildirmişik ki, yazdığı materialı silsin. Belə bir şey olmayıb”. 

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Evində modem olanların NƏZƏRİNƏ: Dərhal bunu edin, yoxsa… – VİDEO

Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ ...

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...