Doğma dili bilməyən mer cərimə olundu

Doğma dili bilməyən mer cərimə olundu
 Latviyada Dauqavapils şəhər meri Rixard Eyqims dil imtahanından keçə bilməyib.
 

Sfera.az "Россия-24" telekanalına istinadən xəbər verir ki, bu ölkədə dillə bağlı qanunlar sərtdir. Larviyada yüksək vəzifə tutan şəxslər doğma dili müəyyən edilmiş həddə bilməlidir.

Cərimə ilə yanaşı meri məhkəmə prosesi gözləyir. Ehtimal ki, daha sonra vəzifəsindən azad ediləcək.
 

Xatırladaq ki, 2017-ci ilin oktyabrında Dövlət Dil Mərkəzi Eyqimsi artıq cərimə etmişdi.Həmin zaman siyasətçiyə yarım il vaxt verilmişdi ki, dili yaxşı öyrənsin.
 
İlqar
 

OXŞAR XƏBƏRLƏR