“Dollar qalxsa, evimiz yıxılacaq” - Qızıl bazarında alıcılar qan ağlayır - FOTOLAR

“Dollar qalxsa, evimiz yıxılacaq” - Qızıl bazarında alıcılar qan ağlayır - FOTOLAR
Dünya bazarında COMEX-də sonuncu hərraclarda qızılın qiymətinin 7,60 dollar bahalaşaraq 1 336,10 dollara çatıb. Bəs bu qiymət artımı ölkəmizdəki qızıl bazarına təsir göstəribmi?

Sfera.az Yenicag.az-a  istinadən bildirir ki, qızıl bazarındakı hazırki vəziyyətlə maraqlanmaq üçün paytaxtın qiymətli metal satışı ilə məşğul olan ən böyük ticarət məkanına – Mərkəzi Univermağa yollandıq.

Satıcılar dünya bazarındakı qiymət artımının Azərbaycandan da yan keçməyəcəyini, qızılın qiymətinin kəllə-çarxa çıxacağını bildiriblər:"Çox güman ki, yaxın günlərdə qiymətlər qramına görə azı beş manat artacaq. Elə indidən qiyməti qaldıranlar da var”.

Necə deyərlər, "iki cüt, bir tək” alıcısı olan” ticarət məkanında satıcalar qiymət artımından çox, alıcı qıtlığından şikayətləndilər: "Səhərdən hələ "siftə” etməmişəm. Mallar tökülüb qalıb üstümüzdə, alan yoxdur. Gərək camaatda pul olsun ki, qızıl da ala bilsin. Uşağına toy edənlər gəlir, bir də hədiyyə alırlar. Onların da çoxunun aldığı ucuzqiymətli türk qızıllarıdır. Xanımların çoxu bahalı dəstlərə baxıb, gözlərinin qurdunu öldürürlər”. Satıcıların bəziləri qiymətdə endirim etsələr də, çoxu qızıl məmulatlarını saxlamağa üstünlük verir:"Qızılın həmişə alıcısı olub, ucuz olsa, saxlayıb sonra baha satacağıq”,- deyirlər.

Alıcılar isə qiymətin bahalığından şikayətlənir. Oğlunu evləndirmək üçün qızıl almağa gələn Təranə Qafarova cibinə uyğun "dəst” tapa bilmədiyini dedi:"Qiymətlər od tutub yanır, əlimdə olan məbləği də qızıla versəm, oğlumun toyunu necə edəcəm? Yaxşı dəst 900-1200 manatdır. Bunun zənciri, bilərziyi də var. Satıcılar deyir ki, yaxın vaxtlarda qızılın qiyməti də artacaq. Dünən internetdə də oğlum oxuyub ki, qızılın qiyməti qalxacaq. Dollar qalxsa, evimiz yıxılacaq, oğlum nişanlıdır, hələ heç nə almamışam. Qızılın da qiyməti "ceyranın belinə” çıxacaq. Belə getsə, keçmiş zamanlardakı kimi, qıza elə bir üzük aparsaq, şükr edəcəyik”.

Öyrəndik ki, ticarət məkanında "585” və "583” əyarlı türk və rus qızıllarından hazırlanan zinnət əşyalarının dəstinin qiyməti qramına görə 500 manatdan başlayır. Bu əyardan olan qızılların qramının qiyməti isə 65-70 manat arasında dəyişir. "750” əyarlı İtaliya qızılının bir qramının satış qiyməti isə 80-95 manat arasında dəyişir.
Qızılın "lom” (xammal) qiymətləri – rus və türk qızıllarının bir qramının "lom” qiyməti 40-42, İtaliya qızılının "lom” qiymətinin qramı 50-52 manata alınır.

Dediklərinə görə, bir neçə həftə əvvəllə müqayisədə qiymətlər 2-3 manat civarında dəyişib.

Qızılın "lom” (xammal) qiymətləri – rus və türk qızıllarının bir qramının "lom” qiyməti 40-42, İtaliya qızılının "lom” qiymətinin qramı 50-52 manata alınır.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...