Ruslar Ukraynada terror hazırlayırmış

Ruslar Ukraynada terror hazırlayırmış
Federal Təhlükəsizlik Xidmətinin (FTX) sabiq xəfiyyəsi Artem Dudko Rusiyanın Ukrayna ərazisində diversiya və terror aktları törətmək planlarından danışıb.

Sfera.az xəbər verir ki, bu haqda keşmiş agent "TCN” kanalına müsahibə verib.

Rusiya vətəndaşı olan Dudko Ukrayna patriotkarı ilə əlaqəyə girib onları Krıma getməyə razı salmalı imiş.

Son nəticədə onlar Krımda terror aktı törətməli imişlər və bundan "qəzəblənən” Rusiyanın əlinə Ukraynaya soxulmaq üçün bəhanə yaranacaqmış.
Dudko "Azov” batalyonunun döyüşçüləri ilə əlaqə yaradır.

Onun bu əməliyyatda birbaşa şefi Ukrayna ordusunun zabiti, 2014-cü ildə Rusiya FTX-sı tərəfindən ələ alınmış, "Basaev” ləqəbli Maksim Fesenko olur.

Lakin "Azov”un döyüşçüləri Dudkonun təklifinə razı olmurlar. FTX-nın planı pozulur və Fesenko Lutska göndərilir.
Bura da o Polşa Konsulluğuna qarşı təxribatlar həyata keçirir.

Ukrayna əks-kəşfiyyatçıları Dudkonu izləyərək daha bir agenti- Roman Krasini həbs edirlər. O "Azov” batolyonundakı liderləri  öldürmək istəyən killer imiş.
Fesenko daha sonra könüllü olaraq təslim olub,

İlqar

OXŞAR XƏBƏRLƏR