Azərbaycan hava məkanının istifadəsinə məhdudiyyət var? - RƏSMİ AÇIQLAMA
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Azərbaycanın hava məkanının sahəsi Xəzər dənizinin hissəsi də daxil olmaqla 168 min kvadrat kilometr təşkil edir: "Hazırda Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur".
Qeyd olunur ki, hər gün Azərbaycan hava məkanı ilə təxminən 400-450 uçuş (o cümlədən tranzit uçuşlar) həyata keçirilir ki, onların arasında da Qatar Airways, Turkish Airlines, Lufthansa, Air France, British Airways, Singapore Airlines və digər dünya şirkətlərinin hava gəmiləri var.
Uçuşlar bütün təhlükəsizlik tədbirləri və normalarına riayət olunmaqla Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və tövsiyələrinə uyğun həyata keçirilir.ərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur.
Sfera.az