Pakistanda amerikalı diplomat qəza törətdi: Ölən var

Pakistanda amerikalı diplomat qəza törətdi: Ölən var
Pakistanda ABŞ səfirliyinin əməkdaşı avtomobillə motosikleti vurub. İkitəkərli nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində ölüb, sərnişin isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Pakistan xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Məhəmməd Feysəl bildirib.

Onun sözlərinə görə, dünən gündüz saatlarında İslamabad yaxınlığında Amerika diplomatik nümayəndəliyinin hərbi-hava attaşesi idarə etdiyi avtomobili motosikletin üstünə sürüb. Motosikletin sürücüsü, yerli sakin Atik Baiq hadisə yerində dünyasını dəyişib. Onunla gedən qardaşı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda həkimlər onun həyatı uğrunda mübarizə aparırlar.

Pakistan XİN qəzanın araşdırılmasını nəzarətə götürüb. Yerli KİV-lər bildirir ki, Amerika səfirliyinin əməkdaşı diplomatik toxunulmazlığa malik olduğu üçün həbs edilməyib. Lakin ondan avtomobil və sürücülük vəsiqəsi götürülüb, bütün bunlar ABŞ diplomatik missiyasına verilib.
 
Faktla bağlı cinayət işi başlanıb.
 
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...